Misir Aralıq dənizi sahilində yerləşən “Port Said” limanına təbii qaz nəqlinə başlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Misirin Neft Nazirliyi məlumat yayıb. Nazirliyin məlumatına görə, “Port Said” limanındakı zavoddan ilkin mərhələdə 350 milyon kubmetr qaz istehsal edilib.
Misirin neft naziri Tarek El-Molla deyib ki, aparılan sınaqlardan sonra ilk təbii qaz nəqli müvəffəqiyyətlə həyata keçirilib.
İtaliyanın “Eni” şirkəti 2015-ci ildə bölgədə təbii qaz ehtiyatlarını tapıb. Hesablamalara görə, buradakı ehtiyat 30 trilyon kubmetr həcmində qiymətləndirilir.