08 iyul 2024 15:50
572

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar bu tarixdə veriləcək

Bakı, Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənilməsi iyulun 9-da nəzərdə tutulub.

“İki sahil” xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Qeyd edilib ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.