Bu ilin ilk 11 ayında Azərbaycandan 935 milyon 406 min kilovat/saat elektrik enerjisi ixrac olunub.
Dövlət Gömrük Komitəsindən (DGK) verilən məlumata görə, hesabat dövründə ixrac olunan elektrik enerjisinin dəyəri isə 41 milyon 220 min ABŞ dolları təşkil edib.
Yanvar-noyabr aylarında ölkənin elektrik enerjisi ixracı 2016-cı ilin analoji dövrü - 463 milyon 408 min kilovat/saat ilə müqayisədə 2 dəfədən çox artıb.