Bu gün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə gəlməsinin ildönümüdür.
“İki sahil” xatırladır ki, Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsindən 55 il ötür.
Belə ki, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyulun 14-də keçirilən plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib.
Bununla da Ulu Öndərin Azərbaycana rəhbərliyi dövrü başlayıb. Heydər Əliyev 1982-ci ilin dekabrınadək Azərbaycan SSR-yə rəhbərlik edib.
Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə Azərbaycana rəhbərlik etməsi müstəqillik dövrünə təsadüf edib. Ulu Öndər 1993-cü ilin iyunun 15-də Ali Sovetin sədri seçilib.
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib
Prezidentin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım olunub
Azərbaycanın Niderlanddakı səfiri etimadnaməsini Kral Villem-Aleksanderə təqdim edib
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib