Müstəntiqlər hələ ki, ABŞ-ın keçmiş prezidenti Donald Trampı güllələyən Tomas Metyu Kruks ilə ekstremist təşkilatlar arasında əlaqə aşkar etməyiblər.
“İki sahil” xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb.
Qeyd olunub ki, müstəntiqlər hələ də şübhəli ilə ekstremist təşkilatlar və ya şəxslər arasında əlaqə axtarır, atəş açanın telefonundan məlumatları öyrənirlər.
Bundan əvvəl Trampa hücumda şübhəli bilinən şəxsin evində bomba hazırlamaq üçün materiallar tapılmışdı.