14 iyul 2024 23:24
207

Bayden Trampa hücum edən şəxslə bağlı fərziyyələr irəli sürməməyə çağırıb

ABŞ prezidenti Co Bayden respublikaçı Donald Trampa hücum edən cinayətkarın motivləri barədə vaxtından əvvəl fərziyyələr irəli sürməməyə və Federal Təhqiqatlar Bürosunun (FTB) nəticələrini gözləməyə çağırıb.

“İki sahil” xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden deyib.

Təhqiqatın hərtərəfli və tez aparılmasını və müstəntiqlərin bütün lazımi resurslarla təmin olunmasını əmr etdiyini deyən dövlət başçısı ilkin mərhələdə olduğunu söyləyib: "Bizim atəş açan şəxsin motivləri barədə hələ heç bir məlumatımız yoxdur, lakin onun kim olduğunu bilirik. Mən hər kəsi onun motivləri və ya əlaqələri barədə spekulyasiya etməməyə çağırıram. Qoy FTB və tərəfdaş agentliklər öz işləri ilə məşğul olsunlar".

Məhərrəm Ağalaroğlu, “İki sahil”