Dekabrın 12-də Avstriyanın “Baumqarten” qaz terminalında şiddətli qaz partlayışı baş verib. Polisin məlumatına görə, partlayış nəticəsində bir nəfər həlak olub, azı 18 nəfər yaralanıb.
AZƏRTAC xəbər verir ki, Avstriyanın “OMW” neft şirkətindən də ölkənin ən böyük qazpaylaşdırıcı məntəqəsində partlayışın baş verməsi təsdiqlənib.
Partlayış baş verən ərazi polis tərəfindən bağlı zona elan edilib.
Partlayışın səbəbi araşdırılıb. Əyalət Kriminal İdarəsi hadisə ilə bağlı təhqiqatlara başlayıb.