16 iyul 2024 11:41
567

Xalq artisti Azərini Ərdoğan alqışladı - BU HƏRƏKƏTİNƏ GÖRƏ/VİDEO

Xalq artisti Azərin Türkiyədə keçirilən 15 İyul - Demokratiya və Milli Birlik Gününə həsr olunmuş anım tədbirində səhnəyə çıxıb.

“İki sahil” xəbər verir ki, bu haqda türk mediası məlumat yayıb. Bildirilib ki, müğənni Prezident iqamətgahında keçirilən tədbirdə "Çırpınırdı Qara dəniz" mahnısını oxuduqdan sonra milli futbolçu Merih Dəmiralın Avropa çempionatında cəzalandırılmasına səbəb olan “bozqurd” işarəsini göstərib.

Tədbirdə iştirak edən Prezident Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan Azərini alqışlayıblar.