Qlobal istiləşmənin qarşısını almaq məqsədilə enerji istehlakını azaltmağa çalışan İngiltərədə evlərin orta istilik dərəcəsi yeni bir mübahisəyə yol açıb.
İdeal otaq temperaturu neçə dərəcə olmalıdır?
Atmosferə buraxılan karbon qazlarının böyük bir hissəsi evlərin və iş yerlərinin qızdırılmasından qaynaqlanır.
Enerji və iqlim dəyişikliyi ilə bağlı səlahiyyətli orqanlar 2050-ci ilədək İngiltərədə havaya karbon buraxılması dərəcəsini kifayət qədər azaltmağa səy göstərərkən, bu iddialı hədəf evlərdəki otaq temperaturuna necə təsir göstərəcək?
İngiltərədəki evləri adətən əcnəbilər çox soyuq qəbul edirlər. İngilis evlərində orta temperatur 17,5 dərəcə olur.
Artıq orada insanlar da evdə isti geyimlər geyinib daha çox hərəkət etməklə, termostatı bir az da aşağı endirərək, həm pula qənaət etməyi, həm də ətraf mühitə az ziyan vurmağı qarşıya məqsəd qoyublar.
Dünya Səhiyyə Təşkilatının müəyyən etdiyi standart otaq temperaturu əslində 21 dərəcədir. Təşkilat içərisində vaxt keçirilməyən digər otaqlar üçün 18 dərəcəni uyğun hesab edir.
Otaq temperaturu mübahisələri təkcə İngiltərəyə xas deyil. Yaponiyada isti yay günlərində kondisionerlərdən çox istifadənin qarşısını almaq üçün hökumət məmurlara pencək və qalstuklarını çıxarmağa icazə vermişdi.
Yaponiyada bəzi yerli idarələr qış aylarında da termostatı aşağı endirərək, işçilərin öz masalarında ədyala bürünməsini tövsiyə edir.
Yaponiya hökumətinin 2005-ci ildə qəbul etdiyi qərara əsasən, dövlət dairələri qışda 20 dərəcədən yuxarı isidilmir, yayda isə idarələrdə kondisionerlər 28 dərəcədən aşağı endirilmir.