11 dekabr 2017 22:26
887

Gürcüstanda neft məhsullarının idxalı 95,4 min tonadək azalıb

Cari ilin 11 ayında Gürcüstanda neft məhsullarının idxalı 95,4 min tonadək azalıb.

AZƏRTAC xəbər verir ki, bu da 2016-cı il ilin eyni dövrü ilə müqayisədə 5,3 faiz azdır.

Gürcüstanın Neft İdxalatçıları İttifaqından (GNİİ) bildiriblər ki, Gürcüstan 11 ayda 47,5 min ton benzin, 47,9 min ton dizel yanacağı idxal edib.

GNİİ-nin sədri Vano Mtvralaşvili deyib ki, ümumiyyətlə 2017-ci ilin əvvəlindən bu günə qədər neft məhsullarının idxalı azalaraq 979,1 min ton təşkil edib. Bu da 2016-cı illə müqayisədə 7,4 faiz azdır.

Onun sözlərinə görə, son vaxtlar neft məhsullarının idxalının azalması mövsümü xarakter daşıyır. Yaz-yay fəsillərində neft məhsullarına tələbat daha çox olur və həmin dövrlərdə idxalat da artır.