«Milli mətbuatımızın inkişaf mərhələləri Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizə tarixinin tərkib hissəsidir. «Əkinçi»”dən üzü bəri azadlıq, demokratiya, müstəqillik uğrunda mücadilə dərslərini biz milli mətbuatımızın səhifələrindən öyrənmişik.»
Ulu Öndər Heydər Əliyev
1875-ci il iyulun 22-də görkəmli ziyalı, maarifçi və publisist Həsən bəy Zərdabinin sözün qüdrətinə inamının nəticəsi kimi, işıq üzü görən, dövrünün ictimai-siyasi həyatının mühüm hadisəsi kimi tarixə yazılan «Əkinçi» ” qəzeti Milli mətbuatımızın ilk nümunəsi olmaqla xalqımızda maarifçilik ideyalarının təbliğində də böyük xidmətlər göstərmişdir. Oxucuları ilə cəmi 56 nüsxəsi ilə təmasda olan qəzet adı kimi özündən sonrakı nəşrlərin təşəkkül tapmasında, inkişafında həqiqi mənada əkinçi rolunu oynamış, təkcə ziyalılar deyil, sadə insanlar tərəfindən də maraqla qarşılanmışdır. Nəşri çar Rusiyasının inzibatçılıq, qadağalar dövrünə təsadüf edən qəzet senzuranın ciddi nəzarətinə baxmayaraq demokratik ideyaların təbliğində fərqlənmişdir. Dövrünün görkəmli maarifçilərinin tribunasına çevrilən «Əkinçi»lər cəmiyyətin ictimai, siyasi və bədii təfəkkürünün formalaşmasına böyük təsir göstərmiş, ictimai fikrinin inkişafına töhfələr vermişdir. Oxucularında milli oyanışı, təfəkkürü formalaşdıran qəzet Azərbaycan dilinin təbliğində də müstəsna rol oynamışdır. O dövrdə sadə inanlar arasında geniş yayılan dini xurafata, mövhumatçılığa qarşı mübarizə aparan qəzetin azsaylı əməkdaşları Azərbaycan ədəbi dilinin və maarifçilik hərəkatının inkişafına əhəmiyyətli töhfələr vermiş, xalqımızda milli özünüdərk və istiqlal məfkurəsinin formalaşmasında, qabaqcıl ideyaların təbliğində böyük xidmətlər göstərmişdir. Ardıcılları olan «Ziya»”, «Ziyayi-Qafqaziyyə»”, «Kəşkül»”, «Şərqi-Rus»”, «Həyat»”, «Füyuzat»”, «Dəbistan»”, «İrşad»”, «Tazə həyat»”, «Molla Nəsrəddin»”, «Tərəqqi»”, «Həqiqət»”, «Məktəb»”, «Açıq söz» mətbu orqanlarına bələdçilik edən «Əkinçi» xələf kimi sələflərinə doğru yol göstərmişdir. 1896-cı ildən Həsən bəyin fəal iştirakı və kürəkəni Əlimərdan bəy Topçubaşovun redaktorluğu ilə nəşr olunan rusdilli «Kaspi»” qəzeti də mövzu və məfkurə baxımından Zərdabi ənənələrinin daşıyıcısı rolunu uğurla davam etdirmişdir.
Bu cür sağlam təməl üzərində təkmilləşən, dövrünün tələblərinə uyğun ictimai fikrin təbliğat vasitəsinə çevrilən aparıcı mətbu orqanlarının inkişafı, lazımi avadanlıqlarla təchizatı Ulu Öndər Heydər Əliyevin daim diqqətində olumuşdur.
1993-cü ildən başlayaraq Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən və cəmiyyət həyatının bütün sahələrini əhatə edən köklü islahatlar nəticəsində ölkədə senzura, söz və məlumat azadlığını məhdudlaşdıran digər süni maneələr aradan qaldırılmış, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası təkmilləşmiş, medianın iqtisadi müstəqilliyinin gücləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğunda rolunun artması məqsədilə ardıcıl tədbirlər görülmüş, müstəqil mətbuatın sərbəst fəaliyyəti üçün imkanlar artırılmışdır. Dövrü mətbuata göstərdiyi diqqət və qayğıya görə «Jurnalistlərin dostu» adına layiq görülən Ulu Öndər Heydər Əliyevin milli mətuatın inikşafına göstərdiyi ənənəni davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi demokratik islahatların məntiqi nəticəsi olaraq ölkədə mətbu orqanlarının sərəbəst fəaliyyəti təmin edilir, soz azadlığı, plüralizm prinsipləri qorunur. Jurnalistikanın gələcək inkişafı ilə bağlı məsələlərə daim diqqət göstərən Prezident İlham Əliyev vurğulayır ki, Azərbaycan dövləti azad mətbuatın inkişafında bundan sonra da fəal olacaq: « Jurnalistlər üçün bütün şərait yaradılıb. Bu gün Azərbaycan cəmiyyəti rahat şəraitdə, təhlükəsizlik, sabitlik şəraitində yaşayır. İndiki zəmanədə bu, özlüyündə bir nailiyyətdir və biz ölkəmizi bütün mümkün olan risklərdən qoruyuruq. Ölkəmizin daxilində demək olar ki, risk mənbələri yoxdur. Xaricdən özümüzü qorumaq üçün kifayət qədər ciddi siyasət aparılır, həm ideoloji sahədə, həm sərhədlərimizin qorunmasında və ümumiyyətlə. Biz həmişə çalışırıq və hesab edirəm buna nail olmuşuq ki, Azərbaycanı mümkün risklərdən qoruyaq, Azərbaycan xalqı rahat, sülh şəraitində yaşasın.»
Ölkəmizin iqtisadi, siyasi həyatında fəallıqları hər sahədə hiss olunan jurnalistlərə inamını «Sizə deyə bilərəm ki, mən bəzi hallarda hansısa xoşagəlməz hadisə ilə bağlı məlumatı mətbuatdan əldə edirəm. Düzdür, mənə müxtəlif mənbələrdən hər gün müxtəlif məlumatlar gəlir. Yəni, əlbəttə ki, mənə həm xarici, həm daxili siyasətlə, həm də təhlükəsizlik məsələləri ilə bağlı əsas məsələlər məruzə edilir. İnsanları narahat edən məlumatlar haqqında mən mətbuatdan da xəbər tuturam, dərhal reaksiya verirəm. Dövlət məmurları və yaxud digər şəxslər, qüsurlara yol verən şəxslər bilirlər ki, Azərbaycanda söz və mətbuat azadlığı imkan verməyəcək ki, onlar işdə hansısa qüsurlar buraxsınlar. Ona görə jurnalistlər bəlkə də özləri də bilmədən mənim köməkçilərimdir. Buna görə də mən sizə minnətdaram. Əminəm ki, siz gələcəkdə də bütün cəmiyyəti narahat edən, incidən məsələlər haqqında yazacaqsınız, harada hansı ədalətsizlik var, qanunsuzluq var, dərhal operativ reaksiya verəcəksiniz, cəmiyyətin və dövlət orqanlarının diqqətini bu məsələlərə cəlb edəcəksiniz» sözləri ilə ifadə edən Prezident İlham Əliyevin səyi nəticəsində ölkəmizdə mətbuat azadlığı prinsipləri bərqərar olmuş, habelə qəzet və jurnal bolluğu yaranmışdır. Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi ilə «Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”» qəbul olunmuşdur.
Qlobal, mütəmadi yenilənən siyasi hadisələrin baş verdiyi dünyamızda mətbuat demək olar ki, hər bir insanın gündəlik tələbatına çevrilmişdir. Sivil, demokratik cəmiyyət kimi formalaşan ölkəmizdə çevik, operativ, qərəzsiz mətbuatın fəaliyyəti, nəşri, yayımı üçün lazımi şərait yaradılmışdır. «Hesab edirəm ki, biz bunu Azərbaycanda görürük. Çünki bu gün Azərbaycan mətbuatı artıq yüksək səviyyəyə qalxıbdır. Mən həm operativlik, həm milli maraqların müdafiə edilməsi sahəsində mətbuatın fəaliyyətini yüksək qiymətləndirirəm» söyləyən Prezident, «Jurnalistlərin dostu» İlham Əliyevin milli mediamız qarşısında qoyduğu vəzifələr də möhtəşəmdir «Bu gün Azərbaycan mətbuatı müasir informasiya cəmiyyəti quruculuğunda, sosial ədalət və şəffaflığın təmin edilməsində, milli həmrəyliyin və tolerantlığın möhkəmləndirilməsində, demokratik özünüdərkin, siyasi mədəniyyətin inkişafında, milli-mənəvi və ümumbəşəri dəyərlərin qorunub saxlanılması və təbliğində mühüm rol oynamalı, tədris və maarifləndirmə sahəsində fəaliyyətini gücləndirməlidir. Azərbaycan jurnalistikası peşəkarlıq, obyektivlik, qərəzsizlik, yüksək milli şüur və vətənpərvərlik prinsiplərinə dönmədən əməl etməli, söz və məlumat azadlığından sui-istifadənin qarşısı qətiyyətlə alınmalıdır.»
Hazırda respublikamızda qlobal informasiya şəbəkəsinin tərkib hissəsi olan yazılı və virtual KİV-lər sərbəst fəaliyyət göstərir, çoxlu sayda qəzet və jurnallar nəşr olunur, informasiya texnologiyalarının inkişafına diqqət artırılır, sosial şəbəkələrin fəaliyyəti üçün yenilik olan «internet qəzetçilik» inkişaf edir. Milli mətbuatımızın, jurnalistikamızın yubileyləri yüsək səviyyədə təşkil edilir. KİV-lərin maliyyə imkanları, reklamçılıq fəaliyyəti, maddi-texnik bazası möhkəmləndirilir.
Prezident İlham Əliyevin tapşırığı ilə media haqqında qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində məqsədyönlü iş aparılır. Dövlətimizin başçısı İlham Əliyevin «Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ilə «Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu» əsasında «Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”» ( MEDİA) publik hüquqi bazanın yaradılması ilə çap və onlayn medianın inkişafı, maliyyə müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, mütərəqqi layihələrin davamlı dəstəklənməsi təmin edilir. «Media haqqında” Azərbaycan Respublikası Qanunu»nun qəbulu ilə infomasiya vaitələrində fəaliyyətin təşkili, hüquqi və iqtisadi əsasları, istehsalı və yayımı ümumi qaydaları müəyyənləşdirilmiş, informasiya məkanının təhlükəsizliyi təmin edilmişdir. Yerli medianın inkişafına təkan verilməsi, informasiya mühitinin sağlamlaşdırılması və rəqabət qabiliyyətinin artırılması, habelə jurnalistika peşəsinin nüfuzunun yüksəldilməsinə diqqət artırılmışdır. İctimaiyyətin daha çox maraq göstərdiyi «internet qəzetçiliyi»nə, sosial şəbəkələrin inkişafına diqqət artırılır. Həyata keçirilən islahatlar ölkəmizdə medianın azad və güclü bir cəmiyyət institutu kimi formalaşmasına təkan verir. Azərbaycanda kütləvi informasiya vasitələrinin inkişafı ilə birlikdə jurnalistlərin sosial şəraitinin yaxşılaşdırılması daim dövlətimizin diqqət mərkəzindədir. Prezident İlham Əliyevin sərəncamları əsasında KİV-lərə birdəfəlik yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, jurnalistlərin yaşayış evləri ilə təminatı, fəxri adlarla təltif edilməsi bu sahədə çalışanlara dövlət qayğısının ifadəsidir. 2022-ci ildə «Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu»nun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda edilmiş dəyişiklik bu qayğının daha bir təzahürüdür.
Prezident İlham Əliyevə təqdim olunan «Jurnalistlərin dostu» mükafatı dövlət başçımızın mətbuata açıq olmasının, KİV-lərin inkişafına göstərilən diqqətin təcəssümüdür.
Ölkəmizdə Milli mətbuatın inkişafı naminə həyata keçirilmiş islahatlar medianın qanunvericilik bazasının təkmilləşdirilməsi, jurnalistika sahəsində çevikliyin, peşəkarlığın yüksəldilməsi, cəmiyyətimizi narahat edən mənfi təzahürlərin aradan qaldırılması, medianın beynəlxalq əlaqələrinin genişləndirilməsi və dost ölkələrlə birgə platformaların yaradılması məqsədi daşımış, bu sahədə nəzərəçarpacaq irəliləyiş əldə edilmiş, ölkəmizdə təcrübəli preşəkar jurnalistlər nəsli yetişmişdir. Təsadüfi deyil ki, Azərbaycan jurnalistləri hər zaman prinsipiallıq nümayiş etdirir, dövlətçilik maraqlarını qoruyur, oxucularına dolğun, düzgün, operatifv məlumatarın çatdırılmasını təmin edirlər.
Birinci və İkinci Qarabağ müharibələrində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirən jurnalistlər hərbi əməliyyatların ən qaynar nöqtələrində olmaqla, Azərbaycan əsgərinin rəşadətini xalqa çatdırmaqla da borcunu yerinə yetirmişdir. 44 günlük Vətən müharibəsində ölkəmizin düşmən təbliğatına qarşı informasiya mübarizəsində qələmini süngü edərək əsgər kimi xalqına xidmət göstərən jurnalistlər az deyildir. Dövlət başçımız, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin artıq tarixə qovuşmuş Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi bəyanatlarının, işğaldan azad edilmiş ərazilərimizdə dalğalanan Dövlət Bayrağımızın qürurunun, xalqımızın sevincinin dünya ictimaiyyətinə çatdırılmasında mətbuatın müstəsna rolu olub. Jurnalistlər cəbhə xəttində həm xəbər istehsalçısı, həm də səfərbərlik proqramı çərçivəsində əməliyyatlarda iştirak etmişlər. Qarabağ uğrunda döyüşlərdə fərqlənən və müxtəlif medallarla təltif edilənlər arasında jurnalistlərin də olması ölkəmizdə bu sahədə çalışanlara göstərilən böyük etimadın və diqqətin təzahürüdür;
Jurnalistlərlə görüşlərində tövsiyələrini bildirən Prezident İlham Əliyev müasir mediamızın inkişafı kimi xarici informasiya məkanlarına çıxışını da vacib amil adlandırıb. «Mən xatırlayıram, jurnalistlərlə əvvəlki görüşlərimdə də bunu demişdim. Demişdim ki, daha çox xarici dillərdə saytlar açılsın, biz daha çox xarici informasiya məkanına çıxaq. Bizim imkanımız olsun ki, vacib informasiyanı dərhal aparıcı media qurumlarına çatdıra bilək. Əvvəllər belə imkanlar bizdə yox idi və bu, bizim üçün problem yaradırdı. Çünki əvvəlki illərdə bizə qarşı koordinasiya edilmiş çox ciddi və çirkin informasiya kampaniyaları aparılırdı ki, guya Azərbaycan geridə qalmış dövlətdir, Azərbaycanda inkişaf, demokratiya yoxdur. Bunun məqsədi bəllidir - həm bizi öz təsiri altına salmaq, nəyəsə məcbur etmək və ümumiyyətlə, ölkə haqqında mənfi imic yaratmaq və ondan sonra öz maraqlarını rahatlıqla təmin etməkdir. Ona görə biz çalışırdıq ki, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdıraq və o qədər də geniş imkanlarımız yox idi. Bu gün bu imkanlar var. Yaxın tarix onu göstərir ki, biz bu istiqamətdə kifayət qədər geniş imkanlara malikik. Həm dövlət, həm də media orqanları bu istiqamətdə fəal işləyirlər. Məni sevindirən hal odur ki, biz vahid siyasət aparırıq. Çünki dövlət və media milli maraqları müdafiə edir. Çünki ümummilli məsələlərdə heç bir kənar fikir ola bilməz. Ona görə biz bundan sonra da çalışmalıyıq ki, Azərbaycan haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdıraq, ölkəmizi daha yaxşı tanısınlar, daha çox hörmət etsinlər. Bizi nə qədər çox tanıyarlarsa, bizə rəğbət də o qədər çox artar. Çünki dəfələrlə olub ki, ilk dəfə Azərbaycana gələn və mənimlə görüşən hansısa xarici nümayəndə heyəti öz təəccübünü gizlədə bilməyib. Deyirlər ki, bəs biz tam başqa fikirdəydik, bizə başqa şeylər deyirdilər. Amma biz gəldik, gördük ki, Azərbaycan nə qədər inkişaf edib, Azərbaycan necə gözəl ölkədir, Azərbaycan vətəndaşları necə qonaqpərvər və gözəl insanlardır.»
Dövlət başçımızın media nümayəndələrinə digər tövsiyəsi isə jurnalistikamızın xarici təsirdən azad olması, xarici təsir altına düşməməsidir. Dövlət başçımızın «Biz müstəqil siyasət aparırıq. Ona görə bizim siyasətimizə heç bir kənar qüvvə təsir edə bilməz» sözləri mətbuat işçilərinin gündəlik iş prinsipinə çevrilməli, ölkəmizə qarşı qərəzli təxribatlara qarşı mübarizlik göstərən güclü jurnalistlər ordusu formalaşmalıdır.
«4-cü Sənaye İnqilabı dövründə Yeni Media»” mövzusunda Şuşa Qlobal Media Forumu Azərbaycan reallıqlarının dünyada təbliği Azərbaycanın informasiya blokadasının yarılması, ölkəmizin beynəlxalq auditoriyaya çıxışı baxımından önəmli, tarixi hadisə idi. «Bu gün isə biz yenə də öz həqiqətlərimizi sübut etməyə məhkumuq. Çünki bizə qarşı bu gün yenə də kampaniya davam edir. Bizim Qələbəmizi həzm edə bilməyən, uğurlarımıza qısqanclıqla yanaşan, bizə qarşı açıq informasiya savaşına çıxanlara biz tutarlı, real arqumentlərlə cavab verməliyik və veririk. Məhz bunun nəticəsidir ki, bu gün bütün bu iftiralara, böhtanlara, yalanlara baxmayaraq, Azərbaycanın sözü, Azərbaycan xalqının, dövlətinin haqlı səsi eşidilir və bunun əsas aləti bizim media resurslarımızdır. Ona görə cəmiyyətdə mövcud olan həmrəylik və birlik, bax, bu üstünlüyü bizə təmin edir» sözləri ilə medianın müstəqilliyini cəmiyyətimizin inkişafı üçün başlıca şərt adlandıran Prezident İlham Əliyevin vurğuladığı kimi, müasir mətbuatımızda sağlamlaşma prosesinin uğurlu davamı və xalqın maraqlarına zidd, dövlət maraqlarına zərbə vura biləcək informasiyalara qarşı mübarizənin güclənməsi media nümayəndələrinin artan məsuliyyətinin ifadəsidir. Dünya birliyinin qüdrətli ölkəsi olan Azərbaycanda ictimai rəyə, ictimai fikrə təsir etmək cəhdlərinin qarşısının alınmasında da jurnalistlər ordusu fəallıq göstərməlidir. «Bunu necə etməli? Jurnalistika vasitəsilə. Ona görə Azərbaycan jurnalistikası vətənpərvər olmalıdır» söyləyən dövlət başçımızın ən başlıca tövsiyəsi gənclərimizi ölkəmizdən kənarda hazırlanan qorxulu təsirlərdən qorumaqdır: «Ancaq, eyni zamanda, biz hamımız bilməliyik ki, bu, bizim ölkəmizdir. Azərbaycanı bizdən çox sevən insan, ya qurum, ya ölkə yoxdur, ola da bilməz. Ona görə biz özümüzü xarici təsirdən qorumalıyıq. Gənc nəsli qorumalıyıq ki, daim Azərbaycan müstəqil dövlət kimi inkişaf etsin.»
Qeyd etdiyimiz kimi, dövlət başçımızın tövsiyələrindən biri də beynəlxalq jurnalistikanın formalaşdırılmasıdır.Türkçülüyün ideoloji mübarizə silahı olan Türkiyə- Azərbaycan Media Platformasının yaradılması bu sahədə atılan ən inamlı addımdır. Artıq tarixin arxivinə atılmış «Dağlıq Qarabağ münaqişəsi» başlanan gündən diplomatiya, informasiya, hərbi sahədə möhkəmlənən Türkiyə –Azərbaycan əməkdaşlığı hər iki xalqın birlik və həmrəyliyini daha da möhkəmləndirdi. Vətən müharibəsinin davam etdiyi günlərdə Türkiyənin «Haber Global», «Haber Türk», «A-Haber», Haber NTV televiziya kanallarının yayımladığı verilişlər, Prezident İlham Əliyevin müsahibələri həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün informasiya mənbəyi oldu. «Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq” haqqında»”””” sənədin imzalanması ilə Platformanın fəaliyyətinin əhatə dairəsi genişləndi. Prezident İlham Əliyevin təsdiqlədiyi həmin sənəddə qeyd olunduğu kimi Platformanın məqsədi hər iki qardaş ölkə arasında ikitərəfli əlaqələri media və kommunikasiya sahəsində də genişləndirmək, strateji media ortaqlığını, sağlam media şəbəkəsinin infrastrukturunu yaratmaqdır. Azərbaycanla Türkiyə politoloqlarının, deputatlarının, jurnalistlərinin birgə iştirakları ilə təşkil olunan debatlar, dialoqlar, düşmən təxribatına qarşı güclü müdafiə xətti olan Media Platforması türkdilli xalqların əməkdaşlığının möhkəmlənməsində də xüsusi fəallıq göstərir. Bu platforma «Bir millət , iki dövlət»””””” aforizminin reallığıdır. Prezident İlham Əliyevin «Vətənpərvərlik, yüksək milli şüur, ali məqsədlər uğrunda cəmiyyətimizin səfərbər olunmasına layiqli töhfələr vermiş Azərbaycan jurnalistləri hər zaman prinsipiallıq nümayiş etdirməli, saxta və yalan məlumatlara söykənən kampaniyaların qlobal səviyyədə vüsət aldığı bir şəraitdə Azərbaycanın dövlətçilik maraqlarını uca tutmalı, vətəndaşlarımızın dolğun və düzgün məlumat əldə etmək hüquqlarını təmin etməli, cəmiyyətimizin tərəqqisi naminə var gücləri ilə çalışmalıdırlar» sözləri jurnalistlərin iş prinsiplərinin əsas istiqaməti olmalıdır.
Xuraman İsmayılqızı, «İki sahil»