Hazırda Bakı şəhəri üzrə 1 270 avtobus dayanacağı mövcuddur.
“İki sahil” xəbər verir ki, bu barədə Mobillik sahəsində qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı keçirilən brifinq zamanı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev bildirib.
Onun sözlərinə görə, dayanacaqların yerləşdirilməsi üçün müvafiq şəraitin olması vacibdir və dayanacaqlar buna uyğun olaraq quraşdırılır.
Anar Rzayev onu da əlavə edib ki, mövcud dayanacaqların yenilənməsi və yenilərinin quraşdırılması istiqamətində işlər daim aparılır.
Ramil İskəndərli: Azərbaycanın rəqəmsal sıçrayışı dövlət idarəçiliyində yeni mərhələnin göstəricisidir
Orta Dəhlizin tam gücü ilə işləməsi üçün 18,5 milyard avro investisiya tələb olunacaq
Hesablama Palatası taxılçılıqda dövlət dəstəyinin nəticəyönümlülüyünün artırılmasını təklif edir
Azərbaycan ABŞ universitetləri ilə aqrar təhsil və elmi əməkdaşlığı genişləndirir