19 iyul 2024 13:52
255

Britaniyanın ən böyük dəmir yolu şirkəti sərnişinlərə xəbərdarlıq edib

Böyük Britaniyanın ən böyük dəmir yolu şirkəti olan “Govia Thameslink Railway” (GTR) sərnişinlərə genişmiqyaslı İT problemləri səbəbiylə nasazlıqların gözlənilməsi barədə xəbərdarlıq edib.

“İki sahil” xəbər verir ki, bu barədə “Govia Thameslink Railway” (GTR) – “Southern”, “Thameslink”, “Gatwick Express” və “Great Northern”-in ana şirkəti - brendlərin sosial media hesablarında xəbərdarlıq edib.

“Hazırda bütün şəbəkəmizdə genişmiqyaslı İT problemləri ilə qarşılaşırıq. İT komandalarımız problemin kökünü müəyyən etmək üçün fəal şəkildə araşdırma aparır”, - paylaşımda qeyd olunub. (APA)