21 iyul 2024 18:43
310

Ahıl kişini maşın vurub

Ağstafa rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“İki sahil” xəbər verir ki, Qazax rayon sakini, 1932-ci il təvəllüdlü Rəhim Rəhimovu avtomobil vurub.

Piyada aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.