“Yaxın vaxtlarda alacağımız 150 ədəd zirehli avtomobil, digər hərbi təyinatlı texnika, xüsusilə də pilotsuz uçuş aparatları Rusiya ilə sərhəddə yerləşdiriləcək”.
“İki sahil” xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyinin “X” hesabında yazılıb.
Bildirilib ki, reallaşmasına 2,5 milyard dollar sərf olunacaq layihə çərçivəsində yeni silah-sursat, dəbilqə, gecəgörmə cihazları və pilotsuz uçuş aparatlarının alınması nəzərdə tutulur.
Eyni zamanda sərhəd boyunca şəxsi heyətin sayı 1000 nəfər artırılacaq. (APA)