Türkiyə Böyük Millət Məclisində deputatlar arasında dava düşüb.
“İki sahil” Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə AKP ilə DEM millət vəkillərinin arasında baş verib.
Məlumata görə, insident DEM Partiyasının Mersindən olan deputatı Əli Bozanın AKP-yə ünvanladığı fikirlərə görə baş verib.
Bundan sonra tərəflər arasında münasibətlər gərginləşib və bu, davaya çevrilib. Məclisdəki polislər müdaxilə edərək tərəfləri sakitləşdirməyə çalışıb. TBMM-in sədr müavini Bəkir Bozdağ yaranan mübahisəyə görə iclası dayandırıb.
Ursula Fon der Lyayen Aİ ölkələrini qarşılıqlı müdafiə öhdəliyini yerinə yetirməyə çağırıb
Əraqçi: Regiondakı dostlarımız E3 qrupundan daha effektiv olduqlarını sübut edirlər
Mark Rutte Ukraynaya yalnız NATO-nun tövsiyə etdiyi silahların verilməsinə çağırdı