25 iyul 2024 17:52
273

Azərbaycan və Somali ikitərəfli iqtisadi əlaqələrin təşviqini müzakirə edib

Azərbaycan və Somali arasında ikitərəfli iqtisadi əlaqələrin təşviqi müzakirə edilib.

“İki sahil” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

"Somalinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Ahmed Moallim Fiqi ilə görüşümüzdə ikitərəfli iqtisadi əlaqələrin təşviqini və energetika sahəsində potensial tərəfdaşlıq imkanlarını müzakirə etdik", - deyə o qeyd edib.