26 iyul 2024 13:35
244

Azərbaycanda pilotlar üçün simulyator və "Vixr" tipli gəmi özəlləşdirilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda 1 səhmdar cəmiyyətinin səhm paketi, 7 nəqliyyat vasitəsi və avadanlıq satılıb.

“İki sahil” bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, "Port İliç Xidmət" ASC-nin 30 %-lik səhm paketi 25 698 manata özəlləşdirilib. Bununla yanaşı, hərracda hava gəmisi üzrə pilotların hazırlanması üçün istifadə olunan simulyator 2 200 000 manata, "B-98" layihəli "Vixr" tipli gəmi isə 900 000 manata satılıb.

Hərracda satılan dövlət əmlaklarının siyahısı ilə https://clck.ru/3A7csN linki vasitəsilə tanış olmaq olar.

Növbəti hərraclar 29 və 30 iyul tarixlərində keçiriləcək. İştirak etmək istəyən şəxslər Elektron Xidmətlər Portalında (e-emlak.gov.az) qeydiyyatdan keçməklə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 %-i qədər beh ödəyərək iştirakçı statusu əldə etmək olar.