26 iyul 2024 17:42
464

Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının mövcud durumu müzakirə olunub- FOTO

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədovla görüşüb.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyindən bildirilib.

Qeyd olunub ki, görüşdə Vətən müharibəsi qəhrəmanı general Zaur Zeynalov da iştirak edib.

Tərəflər Azərbaycanla Türkiyə arasında hərbi sahədə əməkdaşlığın mövcud vəziyətini, strateji müttəfiqlik əlaqələrini və müdafiə sahəsində əməkdaşlığın yeni fürsətlərini müzakirə ediblər.