06 dekabr 2017 17:19
769

SOCAR keçən ay 50 min tonadək dizel yanacağı ixrac edib

SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi bu ilin noyabr ayında 49 min 780 ton dizel yanacağı, 859 ton təyyarə yanacağı, 59 ton soba mazutu, 7 min 80 ton yüksək təzyiqli polietilen, 388 ton mütləqləşdirilmiş izopropil spirti, 6 min 521 ton maye piroliz qətranı, 3 min 112 ton propilen və 4 min 278 ton butilen butadien fraksiyası ixrac edib.

AZƏRTAC xəbər verir ki, ümumilikdə cari ilin yanvar-noyabr ayları ərzində idarə tərəfindən 502 min 68 ton dizel yanacağı, 43 min 969 ton təyyarə yanacağı, 295 ton soba mazutu, 65 min 784 ton yüksək təzyiqli polietilen, 10 min 283 ton mütləqləşdirilmiş izopropil spirti, 56 min 827 ton maye piroliz qətranı, 34 min 497 ton propilen və 25 min 894 ton butilen butadien fraksiyası ixrac olunub.

Bu ilin noyabr ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) - 600,39 ABŞ dolları, təyyarə yanacağının - 592,36 dollar, dizel yanacağının - 545,73 dollar, 1 faizli kükürdlü mazutun - 357,94 dollar, yüksək təzyiqli polietilenin 1214 dollar, butilen butadien fraksiyasının 649,16 dollar, maye piroliz qətranının - 600,39 dollar, propilenin 860 avro, mütləqləşdirilmiş izopropil spirtinin isə 1227,5 avro təşkil edib.