03 avqust 2024 08:43
309

Ağstafada 19 yaşlı gənc bıçaqlanıb 

Ağstafa rayonunda bıçaqlanma hadisəsi olub.

“İki sahil” xəbər verir ki, Poylu kəndində 2005-ci il təvəllüdlü H.Məmmədov mübahisə zəminində bıçaq xəsarəti alıb.

Yaralı Ağstafa Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımovun "Report"un Qərb bürosuna verdiyi məlumata görə, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, 2005-ci il təvəllüdlü A. Məmmədov saxlanılaraq istintaqa təhvil verilib.