05 dekabr 2017 20:08
598

Kürdəmirdə heyvandarlıq məhsulları istehsalı artıb

Cari ilin on bir ayında Kürdəmirdə heyvandarlıq məhsulları istehsalı üzrə bütün göstəricilər ötən ilin müvafiq dövründəkinə nisbətən artıb.

Rayon statistika idarəsindən AZƏRTAC-a bildirilib ki, dekabr ayının 1-i vəziyyətinə rayonda diri çəkidə 7340 ton ət, 39 min 370 ton süd, 13 milyon 970 min yumurta, 255 ton yun istehsal olunub. Keçən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 21 ton, süd istehsalı 53 ton, yumurta istehsalı 53 min ədəd, yun istehsalı isə 4 ton çoxalıb.