İtaliyanın Sicilya adasındakı Kataniya aeroportu fəaliyyətini bərpa edib.
“İki sahil” xəbər verir ki, Etna vulkanının püskürməsi səbəbindən bazar günü səhər hava limanının işi məhdudlaşdırılıb. Vulkanın külü 10 kilometrədək yüksəkliyə qalxıb. Aeroportun uçuş zolaqlarından biri bağlanıb, təyyarə qəbulu minimuma enib.
Lakin avqustun 4-də axşam saatlarından etibarən vulkanda səngimə müşahidə olunub. Aktivlik tam dayanmasa da, uçuşlara təhlükə olmadığı üçün gecikmiş reyslərin yerinə yetirilməsinə başlanılıb.
Livan Səhiyyə Nazirliyi: Martın əvvəlindən İsrailin hücumları nəticəsində 2,6 mindən çox şəxs həlak olub
General Əsədi: Tehranda ABŞ tərəfindən hərbi əməliyyatların bərpası istisna edilmir
Merts "Avropa Siyasi Birliyi"nin İrəvanda keçiriləcək sammitində iştirak etməyəcək