05 dekabr 2017 16:52
718

Xaçmazın 6 kəndinin içməli su təchizatı yaxşılaşdırılır

Xaçmazın 6 kəndini əhatə edən içməli su layihəsinin icrası bu ilin sonuna kimi yekunlaşacaq.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Qalağan, Hacılar, İlxıçı, Əhmədoba, Padar və Gödəkli kəndlərində tikinti işlərinin 90 faizi yekunlaşıb.

İçməli su Padar kəndinə artezian quyusundan, digər yaşayış məntəqələrinə isə ümumi su kəmərindən veriləcək.

Yaşayış məntəqələrini keyfiyyətli içməli su ilə təmin etmək üçün müxtəlif diametrli borularla, ümumilikdə, 19 min 640 metr su xətti çəkilib, yaşayış məntəqələrində 42 bulaq tikilib.