Muxtar respublikada yerləşən Duzdağdan əldə edilən maddi-mədəniyyət nümunələri yalnız Azərbaycanda deyil, bütövlükdə, Cənubi Qafqaz və Yaxın Şərq ölkələrində dağ-mədən işinin yaranmasını öyrənmək üçün əhəmiyyətlidir. Hazırda Duzdağ dünyanın ən qədim duz mədəni hesab edilir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev deyib.
Vəli Baxşəliyev bildirib ki, Duzdağda ilk əmək alətləri XIX əsrin 70-ci illərində aşkar olunub. Dağ-mədən mühəndisi Fon Koşkul qədim duz mədənlərindən daş çəkiclər aşkar edib və onları Peterburq Antropoloji Muzeyinə verib. Həmin illərdə Beyer tərəfindən aşkar olunan əmək alətlərinin bir qismi Peterburq və Tiflis muzeylərinə, bir qismi isə Naxçıvan şəhər məktəblərindən birinə verilib. Bu məktəbin müfəttişi K.A.Nikitin əmək alətləri ilə tanış olub, onların qədim duz mədənlərində istifadə olunduğunu qeyd edib. 1895-ci ildə Qаfqаzın аrхеоlоgiyаsı və еtnоqrаfiyаsı ilə məşğul оlаn P.N.Nаdеjdin tаpıntılаrlа tаnış оlduqdаn sоnrа оnlаrdan duz çıхаrmаq üçün istifadə оlunduğunu vurğulayıb.
1897-ci ildə İ.S.Polyakovun Duzdağda arxeoloji kəşfiyyat işləri apararkən şaxtaların birindən xeyli əmək alətləri aşkar etdiyini vurğulayan AMEA-nın müxbir üzvü qeyd edib ki, bundan sonra bir çox tədqiqatçılar həmin əmək alətlərini İspaniya, Şimali Amerika, Sibir və Saxalinin eynitipli tapıntıları ilə müqayisə edərək, onların qədim dövrə aid olduqlarını təsdiqləyiblər.
Vəli Baxşəliyev deyib: “2006-2011-ci illərdə Duzdаğdа Azərbaycan-fransız arxeoloji ekspedisiyası araşdırmalar aparıb. Araşdırmalar zamanı Еnеоlit və Еrkən Tunc, Dəmir dövrlərinə və Orta əsrlərə аid kеrаmikа məmulаtları, dаş çəkiclər tаpılıb. Mədənlərdən аşkаr еdilən mаddi-mədəniyyət qаlıqlаrı, хüsusilə dаş çəkiclər əsаsındа, dеmək оlаr ki, bu duz yаtаqlаrındаn eradan əvvəl V-III minilliklərdə gеniş istifаdə еdilib. Duzdağ mədənləri Erkən Tunc dövründə xüsusilə geniş istismar olunub. Duzdağın cənub ətəkləri boyunca, şimaldan cənuba doğru təqribən 3 kilometrlik məsafədə aşkarlanan Erkən Tunc dövrü keramikası bunu bir daha təsdiqləyir”.
BDU-da XXV “Çin dili körpüsü” Beynəlxalq müsabiqəsinin Azərbaycan üzrə final mərhələsi keçirilib
BDU-da Özbəkistanın Səmərqənd Dövlət Memarlıq və İnşaat Universitetinin nümayəndə heyəti ilə görüş