04 dekabr 2017 18:25
501

Növbəti ixrac missiyası Ciddəyə gedir

"Made in Azerbaijan" brendinin təşviqi məqsədilə növbəti ixrac missiyası dekabrın 6-8-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində olacaq.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, nazirlik tərəfindən təşkil edilən ixrac missiyasına müsabiqə əsasında seçilmiş və meyvə şirələri, quru meyvə, konservləşdirilmiş məhsullar, bal, çay, ət və süd məhsullarının istehsalı və emalı sahəsində fəaliyyət göstərən 13 şirkət daxildir.

İxrac missiyası çərçivəsində Azərbaycan sahibkarları Səudiyyə Ərəbistanının iri market şəbəkələrində olacaq, ərəb şirkətlərinin nümayəndələri ilə ikitərəfli görüşlər keçirəcəklər.