İqtisadiyyat naziri, Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarında sərbəst güləş üzrə bürünc medal qazanmış Maqomedxan Maqomedovu təbrik edib.
“İki sahil” xəbər verir ki, bu barədə AGF prezidenti sosial şəbəkədə yazıb.
“Olimpiya Oyunlarında güləşdə üçüncü və son medalımızı qazandıq. Sərbəst güləşçimiz Maqomedxan Maqomedov (97 kq) böyük əzmkarlıq göstərərək Paris2024-də bürünc medal əldə etdi. İdmançımızı, onun valideynlərini və məşqçilərimizi təbrik edirik”, – o qeyd edib.
AFFA prezidenti Rövşən Nəcəf U-15 dünya çempionatı ilə bağlı futbolçulara müraciət edib
BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq