Azərbaycanın tanınmış sərbəst güləşçisi Hacı Əliyev peşəkar idmançı karyerasını başa vurub.
“İki sahil” xəbər verir ki, 34 yaşlı idmançı bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
Titullu güləşçimiz "Bu da son" yazaraq idmanla vidalaşdığını açıqlayıb.
Qeyd edək ki, Hacı Əliyev Olimpiya Oyunlarının gümüş və bürünc mükafatçısı, üçqat dünya və dördqat Avropa çempionudur.
AFFA prezidenti Rövşən Nəcəf U-15 dünya çempionatı ilə bağlı futbolçulara müraciət edib
BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq