Gəncədə yas mərasimində baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı araşdırmalara başlanıb.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyini məlumat yayıb.
Qeyd olunub ki, agentliyin əməkdaşlarından ibarət mütəxəssis qrupu əraziyə ezam olunublar. Hazırda müvafiq araşdırmalar aparılır. Araşdırmaların nəticələri barədə məlumat veriləcək.
Qeyd edək ki, Gəncə şəhərində kütləvi zəhərlənmə faktı qeydə alınıb. Yas mərasimlərin birində onlarla qonaq zəhərlənib. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.
Kənd Təsərrüfatı Nazirliyi “ENİ” şirkəti və SOCAR ilə birgə deqradasiya uğramış torpaqlarda pilot layihə həyata keçirir
“Azexport.az” portalı vasitəsilə 763 ədəd sərbəst satış sertifikatı təqdim edilib
Azərbaycan Universitetinin tələbələri üçün rəqabətin təmin edilməsi mövzusunda açıq dərs keçirilib