"Barselona"nın hücumçusu Ansu Fati ilə yolları ayırmaq qərarına gəlib.
"İki sahil" xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi hələ də Fatiyə güvənmir. Klubun idman direktoru Deko futbolçunun agenti Xorxe Mendesə bildirib ki, oyunçu yeni klub axtarmalı olacaq.
Xatırladaq ki, ötən mövsüm Ansu Fati “Brayton”da icarə əsasında oynayıb. İspaniyalı forvard 30 oyunda 4 qol vurub, 1 qolun ötürməsini verib.
AFFA prezidenti Rövşən Nəcəf U-15 dünya çempionatı ilə bağlı futbolçulara müraciət edib
BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq