Azərbaycanın paraatletika, paraüzgüçülük, paraatıcılıq və parakamandan oxatma üzrə milli komandaları Fransanın Ajan şəhərində təlim-məşq toplanışına start veriblər.
Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən "İki sahil"ə verilən məlumata görə, avqustun 21-dək davam edəcək toplanış Paris-2024 Paralimpiya Oyunlarına hazırlıq məqsədi daşıyır.
Qeyd edək ki, paralimpiada avqustun 28-dən sentyabrın 8-dək təşkil olunacaq.
AFFA prezidenti Rövşən Nəcəf U-15 dünya çempionatı ilə bağlı futbolçulara müraciət edib
BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq