04 dekabr 2017 15:07
1111

SOCAR-ın müxtəlif strukturlarında 780 nəfərədək əlil çalışır

Hazırda SOCAR-ın müxtəlif strukturlarında 780 nəfərədək əlil çalışır.

AZƏRTAC xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb. Bildirilir ki, əlilliyi olan insanların cəmiyyətdən təcrid olunmaması, onların bilik və bacarıqlarının işdə tətbiq edilməsi üçün SOCAR əlillərin şirkətdə çalışa bilməsi üçün imkan yaradıb. Hazırda SOCAR-ın müxtəlif strukturlarında 779 nəfər əlil çalışır, onlardan 153-ü Qarabağ müharibəsinin qaziləridir.

Qeyd edək ki, bu il iyunun 30-na olan məlumata görə SOCAR Azərbaycanda 50 min 272 işçi çalışır.