"Transfermarkt" portalı yay fasiləsinin ən bahalı keçidlərini açıqlayıb.
“İki sahil” xəbər verir ki, siyahının ilk pilləsində "Tottenhem" klubunun transferi Dominik Solanki yer alıb.
Hotspur təmsilçisi futbolçunun "Bornmut"dan transferi üçün 66,5 milyon avro ödəyib. Fransanın "Lill" klubundan "Mançester Yunayted"ə transfer olunan Leni Yoro isə ikinci pillədə yer alıb. Mançester təmsilçisi fransalı futbolçu üçün 62 milyon avro xərcləyib.
"İlk 3-lüy"ü "Vulverhempton" klubundan "Çelsi"yə keçən Pedro Neto qapayıb. Onun keçidi London təmsilçisinə 60 milyon avroya başa gəlib.
AFFA prezidenti Rövşən Nəcəf U-15 dünya çempionatı ilə bağlı futbolçulara müraciət edib
BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq