Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Bilyard Federasiyasının təşkilatçılığı ilə bilyard üzrə açıq muxtar respublika birinciliyi keçiriləcək.
“İki sahil” xəbər verir ki, tədbir avqustun 31-də Naxçıvanın "Marvel" Bilyard Klubunda baş tutacaq.
Yarış, Naxçıvanın müxtəlif bölgələrindən gəlmiş bilyard ustalarını və həvəskarları bir araya gətirmək məqsədi daşıyır. Turnirdə həm təcrübəli oyunçular, həm də bu idmana yeni başlayan gənclər iştirak edə bilərlər.
Qeyd edək ki, yarış Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi münasibətilə təşkil edilir.
AFFA prezidenti Rövşən Nəcəf U-15 dünya çempionatı ilə bağlı futbolçulara müraciət edib
BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq