Türkiyənin “Fənərbağça” klubu UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində bu gün cavab oyununa çıxacaq.
“İki sahil” xəbər verir ki, İstanbul nəhəngi doğma meydanda Fransanın “Lill” komandası ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Komandalar arasında cütün ilk oyunu Fransa təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Joze Mourinyonun kollektivi III raundda “Lill”i mübarizədən kənarlaşdırsa, “Slaviya” (Çexiya) - “Yunion” (Belçika) duelinin qalibi ilə üz-üzə gələcək.
AFFA prezidenti Rövşən Nəcəf U-15 dünya çempionatı ilə bağlı futbolçulara müraciət edib
BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq