İngiltərənin "Çelsi" klubu İspaniya təmsilçisi "Atletiko"ya məxsus olan Joau Feliks üçün 65 milyon avro təklif edib.
“İki sahil” xəbər verir ki, bu barədə "O Jogo" nəşri məlumat yayıb.
London təmsilçisi bu məbləği mərhələli şəkildə ödəməyi planlaşdırır. "Zadəganlar" 35 milyon avronu indi, 30 milyon avronu isə gələcəkdə vermək niyyətindədir.
Hazırda tərəflər danışıqları davam etdirirlər.
Qeyd edək ki, Joau Feliks 2022/2023 mövsümündə "Çelsi"nin formasını geyinib. Portuqaliyalı cinah oyunçusu ötən mövsüm "Barselona"da icarə əsasında çıxış edib.
AFFA prezidenti Rövşən Nəcəf U-15 dünya çempionatı ilə bağlı futbolçulara müraciət edib
BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq