"Qəbələ" heyətini yeni futbolçu ilə gücləndirib.
"İki sahil" klubun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan millisinin sabiq müdafiəçisi Elvin Yunuszadə ilə 1 illik müqavilə imzalanıb.
32 yaşlı oyunçu 2024/2025 mövsümündə “qırmızı-qaralar”ın formasını geyinəcək.
Qeyd edək ki, Elvin Yunuszadə karyerası ərzində “Neftçi”, “Simurq”, “Qarabağ”, “Sabah”, “Səbail”, “Şamaxı”, “Kəpəz”, “İrəvan”, Bosniya və Herseqovinada “Çelik”, Şimali Makedoniyada “Şkupi” klublarında çıxış edib. O, Azərbaycan yığmasında keçirdiyi 3 oyunda 1 qol vurub.
AFFA prezidenti Rövşən Nəcəf U-15 dünya çempionatı ilə bağlı futbolçulara müraciət edib
BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq