UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Sabah"ın İrlandiya təmsilçisi "Sent Patriks Atletik"lə cavab qarşılaşmasına indiyədək satılan biletlərin sayı açıqlanıb.
"İki sahil" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Masazırda keçiriləcək görüşə 4500 bilet satılıb.
Komandanın ev oyunlarını keçirdiyi "Bank Respublika Arena" 8700 azarkeş tutumuna malikdir.
Qeyd edək ki, "Sabah" - "Sent Patriks Atletik" matçı avqustun 15-də, saat 20:00-da “Bank Respublika Arena”da keçiriləcək. İlk oyunda İrlandiya təmsilçisi 1:0 hesablı qələbə qazanıb.
AFFA prezidenti Rövşən Nəcəf U-15 dünya çempionatı ilə bağlı futbolçulara müraciət edib
BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq