14 avqust 2024 15:29
264

Türkiyə və Türkmənistan XİN başçıları regional məsələləri müzakirə ediblər

Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada türkmənistanlı həmkarı Rəşid Meredovla görüşüb.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

Qeyd olunub ki, nazirlər ikitərəfli və regional məsələləri müzakirə ediblər.

Xatırladaq ki, R.Meredov Türkiyədə iki günlük səfərdədir.