14 avqust 2024 17:04
286

Belə məmurlar varsa... - Ərdoğandan ÇAĞIRIŞ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məmurlara çağırış edib.

“İki sahil” xəbər verir ki, bunu Türkiyənin dövlət başçısı hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) 23-cü ildönümü ilə bağlı keçirilən tədbirdə işləməkdən yorulan məmurları istefaya çağırıb.

“Fikrimcə, belə məmurlar varsa, onların istirahət etməsi yaxşıdır. Amma işləyənlər də gərək düzgün və məsuliyyətli olsunlar. Xalqa xidmət barədə düşünsünlər”, - R.T.Ərdoğan söyləyib.