Şəkər xəstələrinin qidalanmasında olan məhdudiyyətlərə ciddi əməl olunmalıdır.
“İki sahil” xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi İnstaqram səhifəsində nazirliyin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov açıqlayıb.
Onun sözlərinə görə, diabet xəstələrinə şəkəri yüksək olan qidaları azaltmaq tövsiyə olunur: "Diabet pasiyentlərdə, xüsusilə səhər və gün ərzində yeməklərində lifli qidalara üstünlük verilməsi məsləhətdir, çünki lifli qidalar şəkərin qana dərhal keçərək yüksəlməsinə imkan vermir".
Mütəxəssis-ekspert həmçinin qeyd edib ki, digər vacib amil isə maye balansın qorunmasıdır: "Çay və qəhvə kimi içkilər yayda sidik qovucu təsirinə görə məsləhət görülmür. Pomidor, qarpız və digər mövsümü qidalar maye və mineral balansın təmin olunmasında faydalıdır".
YAP Sumqayıt şəhər təşkilatında 12 Noyabr – Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilib
“Yeni Azərbaycan” qəzetinin rəsmi internet saytına kütləvi haker hücumu həyata keçirilib
Nizami rayonunda 12 Noyabr – Konstitusiya Gününə həsr olunmuş konfrans keçirilib
Nazir Vilayət Eyvazov Gəncə şəhərində növbəti vətəndaş qəbulu və sıra baxışı keçirdi
Gündüz İsmayılov: Azərbaycanda təxminən 1000 məsciddə din xadimi fəaliyyət göstərmir