Argentinalı məşqçi Martin Demiçelisin yeni iş yeri bəlli olub.
“İki sahil” xəbər verir ki, məşhur futbolçu Meksikanın “Monterrey” klubunun baş məşqçisi təyin olunub.
43 yaşlı mütəxəssis ötən ay “River Pleyt”dən istefaya göndərilmişdi. Daha əvvəl “Malaqa”da köməkçi-məşqçi, “Bavariya"nın müxtəlif uşaq komandalarında baş məşqçi kimi çalışan sabiq müdafiəçinin müqaviləsinin detalları açıqlanmayıb.
Qeyd edək ki, Demiçelis karyerası ərzində “River Pleyt”, “Bavariya”, “Atletiko”, “Mançester Siti”, "Malaqa" və “Espanyol” kimi komandalarda çıxış edib. O, 2005-ci ildən dəvət aldığı Argentina millsinin heyətində 51 matça çıxıb.
AFFA prezidenti Rövşən Nəcəf U-15 dünya çempionatı ilə bağlı futbolçulara müraciət edib
BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq