14 avqust 2024 17:47
188

24 sığorta vasitəçisinin lisenziyasının qüvvəsi dayandırılıb

Azərbaycan Mərkəzi Bankı (AMB) 1 hüquqi şəxs olan sığorta agentinə, 22 nəfər fiziki şəxs olan sığorta agentinə və müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan 1 hüquqi şəxsə verilmiş lisenziyaların qüvvəsini bir ay müddətinə dayandırıb.

"İki sahil" AMB-yə istinadla xəbər verir ki, bu qərar avqustun 13-də Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq müvafiq hesabat təqdim edilmədiyi üçün qəbul edilib.