"Zirə"nin UEFA Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibi dəqiqləşib.
“İki sahil” xəbər verir ki, paytaxt təmsilçisi III təsnifat mərhələsində Xorvatiya təmsilçisi "Osiyek"i mübarizədən kənarlaşdırsa, “Omoniya” (Kipr) ilə qarşılaşacaq.
III təsnifat mərhələsində “Fehervar”ı (Macarıstan) hər iki görüşün nəticəsinə əsasən 3:0 hesabı ilə üstələyən kiprlilər pley-offa vəsiqə qazanıb.
Qeyd edək ki, pley-off oyunları avqustun 22-də və 29-da keçiriləcək.
AFFA prezidenti Rövşən Nəcəf U-15 dünya çempionatı ilə bağlı futbolçulara müraciət edib
BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq