Mauritsio Poçettino ABŞ millisinin baş məşqçisi ola bilər.
"İki sahil"xarici KİV-ə istinadən xəbər verir ki, "Çelsi"dən ayrıldıqdan sonra işsiz qalan 52 yaşlı argentinalı mütəxəssis ABŞ-də işləməyə razılıq verib.
Qeyd edək ki, ABŞ millisi Amerika Kubokunda Uruqvay, Panama və Boliviya ilə birlikdə yer aldığı qrupdan çıxa bilməyib. Bundan sonra baş məşqçi Qreq Berhalterlə yollar ayrılıb. M.Poçettino daha əvvəl PSJ (Fransa), "Tottenhem", Sauthempton" (hər ikisi İngiltərə) və "Espanyol"u (İspaniya) da çalışdırıb.
AFFA prezidenti Rövşən Nəcəf U-15 dünya çempionatı ilə bağlı futbolçulara müraciət edib
BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq