Azərbaycan Premyer Liqasının III turu çərçivəsində keçiriləcək “Neftçi” – “Sabah” oyununa giriş sərbəst olacaq.
“İki sahil” xəbər verir ki, bu barədə "ağ-qaralar"ın mətbuat xidməti məlumat yayıb.
Avqustun 18-də, saat 20:30-da “Liv Bona Dea Arena”da baş tutacaq oyunu izləmək istəyən azarkeşlər bilet almadan tribunalarda yer tuta biləcəklər.
Qeyd edək ki, “Neftçi Arena”nın ot örtüyünün yararsız hala düşməsi səbəbindən "Neftçi" - "Sabah" görüşünün yeri dəyişdirilib.
AFFA prezidenti Rövşən Nəcəf U-15 dünya çempionatı ilə bağlı futbolçulara müraciət edib
BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq