30 noyabr 2017 14:54
698

ABŞ-ın xam neft ehtiyatları azalıb

ABŞ-ın xam neft ehtiyatları ötən hesabat həftəsində 3,4 milyon barrel azalaraq 453,7 milyon barrel olub.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bazar proqnozları ehtiyatların 2,3 milyon barrel azalması istiqamətində idi.

ABŞ-ın strateji neft ehtiyatları isə ötən həftə 2,4 milyon barrel (0,4 faiz) azalaraq 665,1 milyon barrel olub. Ölkənin benzin ehtiyatları keçən həftə 3,6 milyon barrel artaraq 214,1 milyon barrel təşkil edib. Bazar proqnozları isə ehtiyatların 1,2 milyon barrel artması istiqamətində idi.