29 noyabr 2017 20:29
762

Amerika Neft İnstitutu: Ölkədə neft ehtiyatları artıb

Ötən hesabat həftəsində ABŞ-da xam neft ehtiyatları artıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Amerika Neft İnstitutu (API) tərəfindən açıqlanan məlumatda deyilir. Bildirilir ki, keçən həftə ABŞ-da xam neft ehtiyatları 1,18 milyon barrel artıb.

Qeyd edək ki, ölkədəki ehtiyatlarla bağlı rəsmi rəqəmlər bu gün ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) tərəfindən açıqlanacaq.