28 noyabr 2017 16:05
528

Bakıda Azərbaycan-Belarus işgüzar görüşü keçiriləcək

Belarus Respublikasının Qrodno şəhərinin iş adamlarından ibarət nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində dekabrın 7-də Bakıda Azərbaycan-Belarus işgüzar görüşü keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) AZƏRTAC-a bildiriblər ki, Belarus nümayəndə heyətinə Qrodno şəhərinin icra komitəsinin sədri Meçislav Qoy rəhbərlik edəcək. Tədbirə iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 7 Belarus şirkətinin qatılacağı gözlənilir.

İşgüzar görüş İqtisadiyyat Nazirliyinin dəstəyi və AZPROMO-nun təşkilatçılığı ilə baş tutacaq.