27 noyabr 2017 21:58
692

Belarus Azərbaycana süd məhsullarının ixracını artırıb

Bu ilin 9 ayında Belarus Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin müəssisəsi Azərbaycana süd məhsullarının ixracını artırıb.

AZƏRTAC Belarus saytlarına istinadla xəbər verir ki, bunu Belarus Kənd Təsərrüfatı Və Ərzaq Nazirliyinin nümayəndəsi Aleksey Boqdanov deyib.

"Doqquz ay ərzində ölkənin kənd təsərrüfatı məhsulları 65 ölkəyə göndərilib. Bu dövr ərzində kənd təsərrüfatı məhsullarının MDB ölkələrinə (Rusiyadan başqa) ixracı iki dəfədən çox artıb və 118,5 milyon dollar təşkil edib. Kənd təsərrüfatı məhsullarının Azərbaycan, Qazaxıstan, Pakistan, Moldova, Ukraynaya ixracı artıb", - deyə o qeyd edib.

Qeyd edək ki, ümumilikdə Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin müəssisələri yanvar-sentyabr aylarında 1,844 milyard dollar məbləğində kənd təsərrüfatı məhsulları ixrac edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 184 milyon dollar çoxdur.